The Last of Us

The Last of Us
Hazırlayanlar Naughty Dog[d]
Yayımlayanlar Sony Interactive Entertainment[4]
Lokalizatorlar Softclub
Seriya The Last of Us[d]
Buraxılış tarixləri 14 iyun 2013, 29 iyul 2014, 30 iyul 2014, 1 avqust 2014
Sonuncu versiya
Sonuncu beta-versiya
Janr döyüş-macəra oyunu[6], survival horror, Apokaliptika və postapokaliptika
Rejissor
  • Brüs Streyli[d]
  • Nil Drakmann[d]
Prodüser
  • Nil Drakmann[d]
Ssenarist
  • Nil Drakmann[d]
Texniki məlumat
Platforma PlayStation 3, PlayStation 4
Oyun rejimi çoxnəfərli oyun[3], birnəfərli oyun
İnterfeysin dili ingilis dili[4][5], rus dili
Daşıyıcı Blu-ray Disc, rəqəmsal distribusiya
İdarəetmə geympad, DualShock 4[d]
Rəsmi saytı
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

The Last of UsNaughty Dog tərəfindən hazırlanmış və 2013-cü ildə satışa çıxarılmış döyüş-macəra janrında olan videooyun. Oyun postapokaliptik ABŞ-də keçir, burada oyunçular bacarıqlı qaçaqmalçı olan Coeli idarə edirlər. Coelin missiyası yeniyetmə qız Ellini güvənli bölgəyə aparmaqdır. "The Last of Us" üçüncü şəxs baxış bucağından oynanılır. Bu oyunda oyunçular həm düşmən insanlardan, həm də göbələyə yoluxmuş adamyeyən canlılarlardan özlərini müdafiə edirlər. Onlar bu düşmənləri "stealth" adlanan gizli taktikalarla da məhv edə bilərlər. Oyunda bununla yanaşı səkkiz nəfərin iştirak etdiyi multipleyer rejimi də var. Burada oyunçular həm birlikdə çalışa, həm də bir-birilərinə qarşı rəqabət apara bilərlər.

Naughty Dog 2009-cu ildə "Uncharted 2: Among Thieves" oyunu buraxıldıqdan qısa müddət sonra növbəti böyük layihəsi olan "The Last of Us" üzərində işləməyə başlamışdır. Şirkət eyni anda iki fərqli layihə üzərində işləmələri üçün ayrı-ayrı komandalar yaratmışdır. Komandalardan biri maraqla gözlənilən "Uncharted 3: Drake's Deception" oyununu yaratmağa, digər yarısı isə öz səylərini "The Last of Us" adlı yeni layihəni inkişaf etdirməyə həsr etdi. Oyunun əsas diqqət mərkəzində Coel və Elli arasındakı münasibətlər yer alır. Oyunda Coel rolunu Troy Beyker, Elli rolunu isə Eşli Conson ifa edib. Onlar həm səsləndirmə etmiş, həm də personajlara hərəkət vermək üçün "motion capture" həyata keçirmişdirlər.

"The Last of Us" 2011-ci ilin dekabrında elan edildikdən sonra çox sayda insan tərəfindən maraqla gözlənilirdi. Oyun 2013-cü ilin iyun ayında yalnız PlayStation 3 konsolu üçün satışa çıxarıldı. Oyun buraxıldıqdan sonra tənqidçilər tərəfindən müsbət rəylərlə qarşılandı. Oyunun ən çox sevilən cəhətləri səs dizaynı, hekayəsi, qeympleyi və musiqisi oldu. "The Last of Us" ən çox satılan videooyunlardan biri kimi yadda qaldı. Təkcə ilk həftəsində 1,3 milyondan çox satmağı bacarmış və 2018-ci ilin aprel ayına qədər 17 milyon satmağa nail olmuşdur. Oyun "İlin Oyunu" daxil olmaqla çoxsaylı mükafatlara layiq görülmüşdür. Oyun üstəlik "Bütün zamanların ən yaxşı videooyunları" siyahısında da öz yerini tutmuşdur.

Naughty Dog "The Last of Us" üçün əlavə yüklənə bilən məzmun buraxmışdır. Bu əlavələrdən biri "The Last of Us: Left Behind" adlanır. Bu məzmun Elli və onun yaxşı dostu olan Raylinin hekayəsinə fokuslanır. Oyunun təkmilləşdirilmiş versiyası "The Last of Us Remastered" PlayStation 4 üçün 2014-cü ilin iyulunda satışa çıxarılmışdır. Oyunun yenidən hazırlanmış versiyası "The Last of Us Part I" 2022-ci ilin sentyabrında PlayStation 5 oyun konsolu üçün buraxılmışdır. Oyunun sonralar Windows üçün versiyası 2023-cü ilin martında işıq üzü gördü. Oyunun davamı "The Last of Us Part II" 2020-ci ildə satışa çıxarıldı. Naughty Dog o vaxtdan bəri oyunun yeni çıxacaq multipleyer seriyası üzərində işləməkdədir. "The Last of Us" franşizasına həmçinin daxildir: 2013-cü ildə buraxılmış komiks kitabı "The Last of Us: American Dreams", HBO tərəfindən çəkilmiş eyniadlı teleserial və stolüstü kart oyunu olan "The Last of Us: Escape the Dark".

  1. 1 2 The Last of Us Patch 1.11 and 1.06 - New MP Add-Ons. 2014.
  2. 1 2 Самитов А. Для ремастера The Last of Us вышло обновление, уменьшающее время загрузок в несколько раз (rus.): «Новая игра +», к примеру, запускается примерно втрое быстрее. // DTF 2020.
  3. The Last of Us multiplayer revealed. 2013.
  4. 1 2 THE LAST OF US // (unspecified title).
  5. The Last of Us // NZ Register of Classification Decisions.
  6. The Last of Us (kor.).

© MMXXIII Rich X Search. We shall prevail. All rights reserved. Rich X Search